SİYASƏT


Xarici İşlər Nazirliyinin “Diplomatiya aləmi” jurnalının xüsusi buraxılışı hazırlanıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına (SNT) qoşulmasının 25 illiyi ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Diplomatiya aləmi” jurnalının xüsusi buraxılışı hazırlanıb. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xüsusi buraxılışda Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov və NATO-nun Baş katibi Yens Stoltenberqin ön sözləri, eləcə də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, NATO Baş katibinin müdafiə siyasəti və planlaması üzrə müavini Patrik Törnerin, əməliyyatlar üzrə müavin Con Manzanın, meydana gələn təhlükəsizlik təhdidləri üzrə müavin Antonio Missirolinin, ictimai diplomatiya üzrə müavin Tacan İldemin, Hərbi Komitənin sədri, Baş aviasiya marşalı Stüart Piçin və Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın məqalələri yer alıb.

Müəlliflər məqalələrində Azərbaycanın NATO ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığından, SNT Proqramının Avratlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə verdiyi töhfələrdən, dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərindən, Azərbaycanın Əfqanıstandakı NATO əməliyyatına verdiyi hərbi dəstəkdən, tranzit və maliyyə yardımlarından, ölkəmizin Alyansın etibarlı tərəfdaşı olmasından söz açırlar.

Bundan başqa, jurnalda Azərbaycan-NATO tərəfdaşlığını əhatə edən sahələr üzrə əldə olunmuş nailiyyətlər, o cümlədən Alyans ilə əməkdaşlığımızın siyasi və praktiki aspektləri haqqında geniş məlumatlar və NATO arxivlərindən alınmış nadir fotoşəkillər əks olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.