CƏMİYYƏT
Xarici İşlər Nazirliyinin əməkdaşları oftalmoloji müayinədən keçəcəklər
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 2-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Xarici İşlər Nazirliyinin əməkdaşları arasında oftalmoloji baxış keçirəcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində mərkəzin yüksəkixtisaslı tibb personalı Xarici İşlər Nazirliyinin əməkdaşlarını oftalmoloji müayinədən keçirəcək. Səyyar klinika oftalmoloji müayinə və cərrahiyyə əməliyyatının aparılması üçün yüksək səviyyəli steril cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıqlarla təhciz olunub.