ELM VƏ TƏHSİL


Xarici dil imtahanında namizədlərin bilikləri nitq fəaliyyətinin bütün növləri üzrə qiymətləndirilir

Bakı, 24 may, AZƏRTAC

İmtahanda iştirak etmək istəyən namizədlərin bilikləri nitq fəaliyyətinin bütün növləri üzrə qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin yutub və feysbuk səhifələrində təşkil etdiyi canlı yayımda Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

O qeyd edib ki, xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan-19-dək keçirilməsi planlaşdırılır.

Canlı yayımda doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı, iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı ilə əlaqədar ətraflı məlumat verilib.

Xatırladaq ki, doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat mayın 29-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.