ELM VƏ TƏHSİL


Xarici dil mütəxəssislərinin yetişdirilməsində Heydər Əliyevin rolu

Xarici dil mütəxəssislərinin yetişdirilməsində Heydər Əliyevin rolu

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsinin nəzdində İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda xarici dil mütəxəssislərinin yetişdirilməsində Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektorun məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı Ümummilli Lider Heydər Əliyevlə universitetdə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirdə Heydər Əliyevin çıxışlarından ibarət videoçarxlar nümayiş olunub.

Çıxış edənlər Ulu Öndərin təhsil sahəsinin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında göstərdiyi böyük xidmətlərdən danışıb, bu dahi insanın doğma ana dilimizə verdiyi dəyəri, ali məktəblərdə xarici dillərin tədrisinin yaxşılaşdırılmasında əvəzsiz rolunu qeyd ediblər. Həmçinin Ulu Öndərin təhsil sahəsində apardığı islahatlardan bəhs olunub.

Tələbələr Ulu Öndərin təhsillə bağlı fikirlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.