ELM VƏ TƏHSİL


“Xarici dildə reseptiv nitq fəaliyyəti növlərinin ünsiyyət prosesində rolu” dərs vəsaiti nəşr olunub

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Yaşar Nuriyevin “Xarici dildə reseptiv nitq fəaliyyəti növlərinin ünsiyyət prosesində rolu” dərs vəsaiti işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Qeyd olunub ki, kitabın elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Əmralı Şirəliyevdir. Dərs vəsaitinin rəyçiləri pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Bilal Həsənli, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyev, pedaqogika üzrə fəlsəfə doktoru Jalə Mehrəliyevadır.

Kitab iki fəsildən ibarətdir. Birinci fəsildə ünsiyyət anlayışının kommunikasiyası ilə fərqi və oxşar xüsusiyyətləri, kommunikativliyin təmin olunmasında ünsiyyət tərəflərinin rolu, eləcə də qarşılıqlı fəaliyyətin forması kimi pedaqoji ünsiyyət ilə bağlı məsələlər araşdırılır, tədqiqatçıların fikir və mülahizələri müəllif müdaxiləsi ilə şərh edilir.

İkinci fəsildə eşidib-anlamanın xüsusiyyətləri, növləri, eşidib-anlama ilə dinləmə arasında fərqlər, ünsiyyət situasiyalarında nitqin qavranılması prosesində istifadə olunan modellərin rolu və xüsusiyyətləri araşdırılır. Həmçinin reseptiv nitq fəaliyyətinin növü kimi oxunan texniki və məzmun tərəflərinin ünsiyyət prosesindəki rolu müəyyən edilir, oxu prosesində mətnin qavranılması və başa düşülməsinə xidmət edən modellərin xüsusiyyətlərindən bəhs edilir.

“Mütərcim” nəşriyyatında çap olunmuş dərs vəsaitindən bakalavr və magistrantlar, dissertant və doktorantlar, habelə xarici dillərin tədrisi məsələləri ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.