ELM VƏ TƏHSİL
“Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə liberallığın tarazlığı” monoqrafiyası çapdan çıxıb
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mayis Gülalıyevin “Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə liberallığın tarazlığı” monoqrafiyası nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru institutun direktoru, professor Nazim İmanov, rəyçiləri professor Tərbiz Əliyev və iqtisad elmləri doktoru Fuad Qənbərovdur.
Monoqrafiya xarici iqtisadi əlaqələrin dörd əsas komponentinin - xarici ticarət, beynəlxalq maliyyə axınları, miqrasiya və beynəlxalq xidmət ticarətinin liberallılğı ilə dövlət tənzimləməsi arasındakı tarazlığın mahiyyəti, ölçülməsi və Azərbaycan üçün alınmış bəzi nəticələrə həsr edilib. Kitabda qloballaşma və onun iqtisadi aspektlərinə, dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarına və onların ölçülməsinə yeni konseptual yanaşma təklif olunub.
Yeni nəşr iqtisadi qloballaşma və xarici iqtisadi əlaqələrin liberallaşması, həmçinin iqtisadiyyatın dövlət tənzimləməsi problemləri ilə maraqlananlar üçün faydalı mənbədir.