SİYASƏT


Xarici işlər naziri Ceyhun Bayramov Fələstin XİN-in rəhbəri ilə görüşüb

Bakı, 12 oktyabr, AZƏRTAC

Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riad Əl-Maliki ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fələstinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatı sədri kimi uğurlu və aktiv fəaliyyətini qeyd edib. Nazir Al-Maliki Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.

Tərəflər ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, bu xüsusda ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.