SİYASƏT
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısında iştirak etmək üçün Macarıstana səfər edəcək.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.