REGİONLAR
Xarici jurnalistlər Ağdam Sənaye Parkında olublar
Bakı, 26 may, AZƏRTAC
Bir qrup xarici jurnalistin Ağdam Sənaye Parkına səfəri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, İngiltərə, Yaponiya, Almaniya, Türkiyə, Qazaxıstan, Macarıstan və s. (ümumilikdə 10-dan çox ölkənin) ölkələrdən olan jurnalistlərə Ağdam Sənaye Parkında görülmüş işlər, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan işgüzar mühit, tətbiq ediləcək vergi və gömrük güzəştləri barədə məlumat verilib. Bildirilib ki, Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında 9 rezident qeydiyyata alınıb.
Sonra xarici media nümayəndələri sənaye parkının 1,3 hektar ərazisində salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]