CƏMİYYƏT


Xarici jurnalistlərə ölkəmizdə mövcud olan dinlərarası harmoniya barədə ətraflı məlumat verilib

Xarici jurnalistlərə ölkəmizdə mövcud olan dinlərarası harmoniya barədə ətraflı məlumat verilib

Bakı, 29 noyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitənin dəvəti ilə ölkəmizə səfər edən xarici jurnalistlər - “Gurevich Communications” şirkətinin rəhbəri Roman Gurevich, “El Español” onlayn jurnalının direktor müavini Alberto Daniel Prieto Davila, “La Vanguardia” və “La Razón” qəzetlərinin müxbiri Ofer Laszewicki, “SIC”, “La Vanguardia” və “Mediaset España” media qurumlarının Orta Şərq üzrə müxbiri Paul Manuel Sanchez Keighley, yəhudi kinematoqraf, həmçinin İspaniya, Portuqaliya, Fransa, Argentina və digər ölkələrin mediasında məqalələri dərc olunan jurnalist Yair Cymerman ilə görüşüb.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mübariz Qurbanlı xarici jurnalistlərə ölkəmizdə mövcud olan dini durum, dinlərarası harmoniya və Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Diqqətə çatdırıb ki, müstəqilliyimizin bərpasından sonra tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Jurnalistləri maraqlandıran mövzular ətrafında davam edən görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.