İQTİSADİYYAT


Xarici makroiqtisadi təhdidlərin iqtisadiyyata təsirinin qarşısının alınması monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq

Bakı, 5 noyabr, AZƏRTAC

Xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsir etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsində deyib.

Nazir qeyd edib ki, neftin qiymətində müəyyən sabitləşmə, artım proseslərinin ölkəmizə müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması manatın məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu, bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliyinin azalması, digər tərəfdən isə ölkəyə idxalın artım riskini aktuallaşdırır. Xarici makroiqtisadi təhdidlərin iqtisadiyyata təsirinin qarşısının alınması gələn il həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.

Eyni zamanda, büdcənin sabitliyi, ortamüddətli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Gələn il dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.