İQTİSADİYYAT


Xarici müəssisə və təşkilatlar əsas kapitala 346,5 milyon manat yönəldib

Bakı, 23 fevral, AZƏRTAC

Cari ilin yanvarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 346,5 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 337,1 milyon manatı (97,3 faizi) Birləşmiş Krallıq, ABŞ, Norveç, Türkiyə, Yaponiya, Hindistan, Malayziya, İran və Rusiya sərmayədarlarına məxsus olub.

2021-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 54,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 9 faizini cari təmir, 29,3 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 90,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.