İQTİSADİYYAT


Xarici müəssisə və təşkilatlar əsas kapitala 4,1 milyard manatdan çox vəsait yönəldib

Bakı, 19 noyabr, AZƏRTAC 

Yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 150,1 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 601,2 milyon manatı (86,8 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,2 faizini əsaslı təmir, 8 faizini cari təmir, 19,6 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 85 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.