İQTİSADİYYAT
Xarici müəssisə və təşkilatlar əsas kapitala 4754,5 milyon manat vəsait yönəldiblər
Bakı, 24 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4754,5 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3838,9 milyon manatı (80,7 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.
Cari ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,6 faizini əsaslı təmir, 8,2 faizini cari təmir, 19,9 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 79,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]