SİYASƏT


Xarici ölkə KİV-ləri Ermənistanın Azərbaycana qarşı təxribatı barədə materiallar yaymaqda davam edir

Bakı, 28 sentyabr, AZƏRTAC

Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mətbuatında sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumuna ölkəmizin Silahlı Qüvvələrinin əks-əməliyyatla cavab verməsi geniş işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Monteneqro, Serbiya və Macarıstanda fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsləri ilə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərinə və mülki əhaliyə hücumuna ordumuzun düşmənə layiqli cavab verməsindən, işğal zonasında gərginliyin yenidən artmasından bəhs olunub.

Vurğulanıb ki, sərhəd boyunca Azərbaycan kəndlərinin artilleriya vasitəsilə fasiləsiz atəşə tutulması, mülki əhalinin ölümü və yaşayış binalarının dağıdılması ilə bağlı xəbərlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan düşmənin atəş mövqelərini susdurmaq məqsədilə əks-hücum əmri verib.

Məqalələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın hərbi təcavüzünün davam etməsi, əhalinin qəsdən atəşə tutulması ilə bağlı fikirlərinə də yer verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.