İQTİSADİYYAT


Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilərmi?

Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilərmi?

Bakı, 18 oktyabr, AZƏRTAC

Xarici ölkə vətəndaşı, Azərbaycanda yaşayış icazəsi olan şəxs sahibkarlıqla məşğul olmaq üçün VÖEN açdıra bilərmi?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergilər Məcəlləsinə əsasən, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladıqları tarixə qədər olduğu yer üzrə vergi orqanına müraciət etməklə vergi orqanlarında qeydiyyata düşə bilərlər.

Qeyd olunub ki, bunun üçün onlar vergi orqanına “Fiziki şəxsin uçota alınması üçün ərizə” və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazənin surətini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.