MƏDƏNİYYƏT


Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb

Bakı, 4 aprel, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 820,6 min nəfər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiyaya, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizi kişilər, 32,2 faizi isə qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz , Türkiyəyə gedənlərin sayı 8,7 faiz artıb, Rusiyaya gedənlərin sayı isə 1,7 faiz azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.