ELM VƏ TƏHSİL


Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan vətəndaşların nəzərinə

Bakı, 25 sentyabr, AZƏRTAC!

Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mövcud vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin milli məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq.

Eyni zamanda, vətəndaşlara Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış olmaları tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.