CƏMİYYƏT


Xarici ölkələrin gəncləri Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdiriblər

Bakı, 29 iyul, AZƏRTAC

Gənclər və İdman, Xarici İşlər nazirlikləri tərəfindən xarici ölkələrin gəncləri arasında təşkil olunan “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsinin qalibləri Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdikləri təxribata etiraz əlaməti olaraq “Qarabağ Azərbaycandır!” deyərək ölkəmizə dəstək nümayiş etdiriblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2011-ci ildən başlayaraq keçirilən müsabiqələrin əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, Azərbaycanın milli-mədəni və tarixi irsini xarici ölkələrin gəncləri arasında təbliğ etməkdir. Əcnəbi ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənərək elmi-tədqiqat fəaliyyətlərini müəyyənləşdirmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatı artırmaq da müsabiqənin əsas məqsədlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.