İQTİSADİYYAT


Xarici şirkətlər Azərbaycan şirkətlərinin 4 ölkədə distribüter mərkəzlərinin yaradılmasına maraq göstərir

Bakı, 22 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisi davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər il 95 min insanın ziyarət etdiyi sərgidə Azərbaycanın "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan istehsalı olan mineral suların, şirniyyat, süd və konserv məhsullarının, nar şərabın, qurudulmuş xurma, fındıq və şokolad məhsullarının BƏƏ-yə, Küveytə, İtaliyaya, Pakistana, Türkmənistana, Almaniyaya, Səudiyyə Ərəbistanına, Avstraliyaya ixracına dair, habelə xarici iri market şəbəkələrinə, otellərə satışına dair danışıqlar aparılır.

Bundan başqa, sərgidə iştirak edən xarici şirkətlər Azərbaycan şirkətlərinin Dubayda, İranda, Küveytdə və Bəhreyndə distribüter mərkəzlərinin yaradılmasına maraq göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.