ELM VƏ TƏHSİL


Xarici universitetlərin professorları UNEC-də tədrisə cəlb olunublar

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin tətbiqi məqsədilə xarici universitetlərdən 9 professor və alim tədrisə cəlb olunub.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, III moduldan etibarən Rusiya, Türkiyə, Portuqaliya və Macarıstanın aparıcı universitetlərinin professor və alimləri UNEC-də bakalavr və magistratura pilləsi üzrə təhsil alan tələbələrə distant formada dərs deyəcəklər. Türkiyənin İzmir Bakırçay, Selçuk, Ankara Hacı Bayram Veli, Qaradəniz Texniki universitetlərinin, Rusiyanın Belqorod Milli Tədqiqat İnstitutunun, Portuqaliyanın Avropa Biznes Məktəbinin, Kiprin Doğu Akdeniz Universitetinin alimləri tədris müddətində təmsil etdikləri ali təhsil müəssisələrinin təcrübəsini tələbələrlə paylaşacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.