DÜNYA


Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə əlliyə yaxın məktəb bağlanıb

Xarkov, 7 dekabr, AZƏRTAC

Ukraynanın Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə, 46 orta məktəb və 6 uşaq bağçası karantinə bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov Vilayət Administrasiyası məlumat yayıb.

Karantin 10 gün müddətinə elan edilib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, oktyabr ayının sonundan başlayaraq Ukraynada həftə ərzində orta hesabla 140-150 insan qrip və kəskin respirator virus infeksiyasına tutulur. Onların 70 faizindən çoxu uşaqdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.