DÜNYA


Xarkovda ağır yol qəzası: 4 nəfər ölüb

Xarkov, 14 yanvar, AZƏRTAC

Ukraynanın Xarkov vilayətinin Çuqueva rayonu ərazisində Volkswagen markalı mikroavtobusun Hyundai markalı minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov Vilayət Polisi məlumat yayıb.

Ölənlər Hyundai avtomobilinin sürücüsü və sərnişinləri olub. İlkin ehtimala görə, qəzaya səbəb yolun sürüşkən olması olub.

Qeyd edək ki, 2018-ci ilin statistikasına əsasən, Ukraynada yol qəzaları hər gün orta hesabla 9-10 nəfərin həyatına son qoyur.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.