MƏDƏNİYYƏT


Xarkovda azərbaycanlı heykəltəraşın “Siçovul” kompozisiyasının açılışı olub

Xarkov, 2 sentyabr, AZƏRTAC

Xarkov şəhərində Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun “Siçovul” abidəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Xarkov Əczaçılıq Universitetinin 100 illiyi münasibətilə ali təhsil ocağının ərazisində yerləşən “Siçovul” abidəsi Ukraynada ilk dəfədir ucaldılır.

Açılış mərasimində çıxış edən Seyfəddin Qurbanov bildirib ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Rusiya, Avropa dövlətlərində “Siçovul” abidəsi ucaldılıb. Ukraynada belə bir abidənin məhz Xarkovda ucaldılması şəhər sakinləri və turistlər üçün maraq doğuracaq. Onun sözlərinə görə, heykəl kompozisiyasının mənası odur ki, dünya tibbi siçovullar üzərində aparılan elmi eksperimentlər üzərində inkişaf edib. İnsanları xəstəlikdən, ölümdən qurtaran dərmanlar yaradılıb. Ona görə də heykəl kompozisiyasında “Siçovul” və kitablar, dərman əksini tapıb.

Tədbirdə çıxış edən universitetin rektoru Alla Kotvitskaya, Qazaxıstanın Xarkovdakı Fəxri konsulu, Xarkov Diplomatik Klubun prezidenti Emin Nəcəfli heykəl kompozisiyasının əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, heykəl kompozisiyasının hündürlüyü 3,5 metrdir və tuncdan hazırlanıb. Seyfəddin Qurbanov Xarkovda 60 heykəl kompozisiyası və memorial lövhənin müəllifidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.