DÜNYA


Xarkovda dəm qazından zəhərlənən bir ailənin dörd üzvü ölüb

Kiyev, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Ukraynanın Xarkov vilayətində dəm qazından boğularaq bir ailənin 4 üzvü ölüb.

Bu barədə AZƏRTAC Xarkov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Ölənlərdən biri 38 yaşlı kişi, digəri 33 yaşlı qadın, ikisi isə 9 və 3 yaşlı uşaqlardı.

Faktla bağlı Fövqəladə Hallar üzrə Dövlət Xidməti, milli polis və prokurorluğun mobil-operativ qrupu araşdırma aparır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.