DÜNYA


Xarkovda iki türkiyəli tələbə qətlə yetirilib

Xarkov, 4 yanvar, AZƏRTAC

Ukraynanın Xarkov şəhərində Türkiyədən olan iki tələbənin yaşadıqları evdə meyitləri tapılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov vilayətinin Milli Polisi məlumat yayıb. 20 və 22 yaşında olan qadınlar dekabrın 31-dən mobil telefonlarına cavab verməyiblər. Yanvarın 3-də isə tələbə oğlan polisə müraciət edərək tələbə yoldaşlarının yerinin müəyyən olunmasını istəyib. Polislər türkiyəli tələbələrin yaşadıqları evə gələrək onların meyitlərini müəyyən ediblər. Onların üzərində zorakılıq əlamətləri aşkar olunub. Türkiyədən olan tələbələr Xarkov Tibb Universitetinin ikinci kursunda təhsil alırdılar.

Faktla bağlı cinayət işi açılıb və cinayətkarın tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.