SİYASƏT


Xarkovda soydaşlarımız üçün “Açıq qapı” günü keçirilir

Xarkov, 23 avqust, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyi Xarkov şəhərində yaşayan diaspor nümayəndələri və soydaşlarımız üçün “Açıq qapı” günü keçirib.

AZƏRTAC xəbər verir ki, Xarkovda keçirilən görüşdə səfirliyin konsulu Hüseyn Mərcanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

H.Mərcanov qeyd edib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində səyyar görüşləri davam etdirəcək. Artıq vətəndaşlarla səyyar görüşlərin təşkili ənənə halına çevrilir. Bu cür görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.

Səyyar görüş avqustun 24-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.