CƏMİYYƏT


Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Xarkov, 22 oktyabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov və Daxili İşlər Nazirliyinin səfirliyin nəzdindəki nümayəndəsi polkovnik Şahin Qocayev Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Xarkov şəhərinin 20-dən çox təhsil müəssisəsindən azərbaycanlı tələbələr iştirak ediblər.

V.Süleymanov bildirib ki, Azərbaycan dövləti xaricdə təhsil alan tələbələrimizin daim qeydinə qalır. Müşavir dövlətimizin savadlı mütəxəssislərə, yüksək təhsilli gənclərə geniş yer verdiyini qeyd edib. Vurğulayıb ki, hər bir azərbaycanlı tələbə dünyanın müasir çağırışlarına cavab verən şəxsiyyət kimi formalaşmalıdır.

Sonra tələbələr üzləşdikləri çətinliklər barədə məlumat veriblər. Müzakirə nəticəsində tələbələrin daha çox üzləşdikləri bir neçə problem müəyyən edilib, onların bəzilərinə aydınlıq gətirilib, digərlərinin isə müxtəlif səviyyələrdə araşdırılacağı və bu barədə mümkün tədbirlərin görüləcəyi bildirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.