REGİONLAR


Xaş-xaş becərən Quba sakini saxlanılıb

Quba, 7 avqust, Elxan Yusifli, AZƏRTAC 

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Mərdan Qasımova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik tərkibli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.