İQTİSADİYYAT


Xatirə pul nişanlarının dizayn müsabiqəsi davam edir

Bakı, 18 fevral, AZƏRTAC

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və qalibiyyətlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən savaşı qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də bu müharibədə daim Azərbaycanın yanında olan qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərimizin tərənnüm etdirilməsi məqsədilə xatirə pul nişanlarının dizaynlarının yaradılması ilə bağlı Mərkəzi Bank tərəfindən yanvarın 29-da elan edilmiş müsabiqə davam edir.

AZƏRTAC müsabiqədə iştirak etmək istəyənlərə mövzuları bir daha təqdim edir:

1. “Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi

2. “Şuşa - Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi

3. “Azərbaycanın memarlıq incisi - Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi

4. “Ulu Öndər Heydər Əliyev - “Bir millət, iki dövlət” qardaşlıq salnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi

5. Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri:

- “Cəbrayıl rayonu”

- “Füzuli rayonu”

- “Zəngilan rayonu”

- “Qubadlı rayonu”

- “Ağdam rayonu”

- “Kəlbəcər rayonu”

- “Laçın rayonu”

- “Xocavənd rayonu”

- “Suqovuşan kəndi”

Xatırladaq ki, müsabiqə fevralın 22-də saat 18:00-da başa çatacaq. Dizayn eskizləri elektron formatda (e-mail vasitəsilə-“Khanim_Dostuzada@cbar.az” adresə) və ya kağız daşıyıcıda Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasına təqdim edilə bilər. Müsabiqə çərçivəsində təqdim olunacaq təkliflərin qiymətləndirilməsi ölkəmizin mədəni, ictimai və sosial həyatında yaxından iştirak edən bir sıra tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin də daxil olduğu münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1000 manat pul mükafatı müəyyən olunub.

Mərkəzi Bank bununla əlaqədar bir daha vətəndaşlarımızı müsabiqədə aktiv şəkildə iştiraka dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.