İDMAN


Xatirə turnirinə yekun vurulub

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, SSRİ Əməkdar idman ustası, SSRİ-nin Əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu olmuş mərhum Ələkbər Məmmədovun 89-cu ildönümü ilə əlaqədar AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə keçirilən xatirə turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov, futbol veteranları Çingiz İsmayılov, Əbdülqəni Nurməmmədov, Səməd Qurbanov, Orucəli Durmuşov, Fizuli Nəcəfov və futbol ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

“Keşlə” komandası turnirin qalibi olub. “Sabah” ikinci, “Səbail” isə üçüncü yeri tutub. Rəvan Mustafayev (“Keşlə”) turnirin ən yaxşı qapıçısı, Ömər Yusublu (“Sabah”) isə ən yaxşı oyunçusu seçilib.

Hər üç komandaya medallar, qalib komandaya kubok təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.