İDMAN
Xavi Qətər klubu ilə yeddinci titulunu qazanıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Əfsanəvi futbolçu Xavi Ernandesin çalışdırdığı Qətərin “Əl-Sədd” klubu növbəti titulunu qazanıb.
AZƏRTAC xəbər verir ki, komanda Qətər Əmiri Kuboku uğrunda görüşdə “Əl-Rayyan”ı məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında daha dəqiq olan “Əl-Sədd” (5:4) oyunun qalibi olub. Bu, ispaniyalı mütəxəssisin baş məşqçi kimi 7-ci tituludur. Buna qədər “Əl-Sədd” Xavinin rəhbərliyi altında iki dəfə Qətər Vəliəhdi Kubokunu, iki dəfə Qətər çempionluğunu, bir dəfə Şeyx Yassim Kubokunu, bir dəfə də Qətər Ulduzları Kubokunu qazanıb.
2019-cu ilin mayından "Əl-Sədd"i çalışdıran Xavi ikinci dəfədir Qətər Əmiri Kuboku yarışlarının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
- 20.04.2024 [11:33]