İDMAN


Xavi daha bir il Qətər klubunu çalışdıracaq

Bakı, 6 iyul, AZƏRTAC

Qətərin "Əl-Sədd" futbol klubunun baş məşqçisi Xavi Ernandes daha bir il komandanı çalışdıracaq.

AZƏRTAC xəbər verir ki, 40 yaşlı ispaniyalı mütəxəssis klubu ilə müqaviləni uzadıb. Xavinin yeni sözləşməsi 2020-2021 mövsümünün sonunadək nəzərdə tutulub.

"Barselona"nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırması ilə bağlı razılıq verdiyi, onun Kike Setyeni əvəzləyəcəyi bildirilirdi.

Qeyd edək ki, Xavi "Barselon"nın yetirməsidir və 17 il bu komandanın şərəfini qoruyub. O, karyerasının son 4 ilində isə "Əl-Sədd"ə çıxış edib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.