MƏDƏNİYYƏT
Xəbər Agentliklərinin IV Dünya Konqresi çərçivəsində sərgidə AzərTAc-ın fotoları nümayiş olunmuşdur VİDEO
Bakı, 26 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 18-dən 21-dək Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Xəbər Agentliklərinin IV Dünya Konqresi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərini iştirak etdiyi Konqres çərçivəsində fotosərgi keçirilmişdir. Xəbər Agentliklərinin fotolarının nümayiş olunduğu sərgidə AZƏRTAC-ın fotoları da yer almışdır.
Sərgidə nümayiş olunan fotolardan ibarət albom nəşr olunmuşdur.
Qeyd edək ki, Ər-Riyadda Xəbər Agentliklərinin Dünya Konqresinə 2016-2019-cu illərdə AZƏRTAC-ın sədrlik edəcəyi barədə qərar da qəbul olunmuşdur.