CƏMİYYƏT


Xəbər agentlikləri informasiya istehsalında süni intellektin tətbiqi məsələsini müzakirə edirlər

Praqa, 19 sentyabr, AZƏRTAC

Avropa xəbər agentlikləri fəaliyyətlərində süni intellektin tətbiqi imkanlarını və perspektivlərini müzakirə edirlər.

Bu mövzuya həsr olunmuş konfrans AZƏRTAC-ın da üzvü olduğu Avropa Xəbər Agentlikləri Alyansı (EANA) tərəfindən Praqada keçirilir. Çexiyanın CTK agentliyinin təşkil etdiyi tədbirdə Böyük Britaniyanın Press Association, Reuters, Almaniyanın DPA, Avstriyanın APA, Türkiyənin Anadolu, Rusiyanın TASS, İspaniyanın EFE və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. AZƏRTAC-ı konfransda multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbalayev təmsil edir.

Süni intellekt bir neçə növə ayrılır ki, onların sırasında müəyyən proqram təminatı əsasında tapşırıqları yerinə yetirən, insanla kommunikasiya quran, informasiyanı idarə edən robotlar və tətbiqlər var. Google şirkətinin tətbiq etdiyi və ümumi istifadədə olan axtarış, tərcümə, səslə idarəetmə sistemləri də bu sıraya daxildir. Diqqət çəkən əsas amil odur ki, süni intellekt çətin məsələləri ən qısa zamanda həll edə bilir. Bu da informasiya axınının sürətlə artdığı bir vaxtda xəbər agentlikləri üçün çox önəmli məsələdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.