Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xəbər məkanımızın tacı AZƏRTAC VİDEO

Bakı, 1 mart, AZƏRTAC

İyirmi iki əsr öncə böyük yunan mütəfəkkiri Arximed “Mənə istinad nöqtəsi verin” deyirdi.

Hər bir insanın da, hər bir xalqın da, hər bir dövlətin də daim istinad nöqtələrinə ehtiyacı olur. AZƏRTAC yarandığı gündən indi gəlib çatdığı 102 yaşına qədər həmişə Azərbaycan xalqının da, hər bir Azərbaycan vətəndaşının da, bütövlükdə dövlətimizin də mühüm istinad nöqtələrindən biri olub.

102 yaşının tamamında Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC haqqında görüntülü müsahibədə düşüncələrimi bölüşmək istərkən də mən millətimizin vacib istinad nöqtələrindən sayılacaq bir məkanı seçdim. Elə bir nöqtəni ki, düz 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski məhz orada dayanmışdı, 1919-cu il mart ayının 3-ü idi və o, ilk addımlarını atan müstəqil Azərbaycan dövlətinin öz teleqraf agentliyinin yaranması zərurətindən bəhs edirdi, bu işin icrasını Maarif və dini etiqad naziri Nəsib bəy Yusifbəyliyə həvalə edirdi.

Bu tarixi bir an idi və həmin dəqiqələrdə 1 il sonra fəaliyyətə başlayacaq gələcək AZƏRTAC-ın təməli qoyulurdu.

1918-ci il may ayının 28-də Azərbaycan istiqlalını elan etsə də, ilk hökumətimiz Gəncədə yerləşmişdi. Çünki, o zaman Bakı hələ ermənilərin və bolşevik tör-töküntülərin əlində idi. 1918-ci ilin sentyabrında cəsur Qafqaz İslam Ordusu və igid Azərbaycan əsgəri Bakını azad edir və yalnız bundan sonra hökumət Gəncədən Bakıya köçür. Ancaq onların Bakıda rahat çalışa biləcəkləri məkana ehtiyacları vardı. O zaman Metropol mehmanxanası, indi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qərar tutduğu tarixi bina bunun üçün ən münasib məkan sayılırdı. İlk nazirlərimiz burda həm yaşayır, həm də işləyirdilər.

Burada – Nizami muzeyində, indi qurucu babaların şərəfinə “İstiqlal zalı” adlanan məkanda - AZƏRTAC-ın dünəni haqqında təəssüratlarımı bölüşdüyüm yerdə 102 il öncə martın 1-də artıq yeni kabinetdə baş nazir olan Nəsib bəy Yusifbəyli AZƏRTAC-ın fəaliyyətə başladığını elan edirdi.

İnsan da, istənilən bir təsisat da ilk növbədə, imzadan başlanır. AZƏRTAC imzası isə ilk dəfə mətbuatda – Cümhuriyyətimizin rəsmi dövlət qəzeti “Azərbaycan”da 1920-ci il martın 2-də görünüb.

Əlbəttə, belə olmur ki, bir qurumun yaradılması haqda dünən sərəncam imzalanır və o ertəsi gün işə başlayır. Əslində, AZƏRTAC-ın qurulmağa başlaması, onun texniki təchizatının tədarük edilməsi 1919-cu ilin martından başlanmışdı. Həmin ilin aprelindən artıq özü baş nazir kürsüsündə əyləşən Nəsib bəy də, onun AZƏRTAC-ın yaradılması ilə bağlı əməli tədbirləri həyata keçirməyi tapşırdığı Poçt və teleqraf naziri Camo bəy Hacınski də 1 il boyunca gərgin işləmişdilər. Nəhayət ki, çoxdan gözlənilən gün gəlib çatmışdı, AZƏRTAC 1920-ci il martın 2-də “Azərbaycan”ın səhifələrində dərc edilən xəbərləri ilə doğulmuşdu.

AZƏRTAC Azərbaycan Xalq Cümhuriyyətinin son böyük əsəri idi.

AZƏRTAC” sözünün – ürəyə də, qulağa da rahat yatan və sevilən, artıq hamımıza doğma olan bu kəlmənin ikinci hissəsi, yəni, “tac” kəlməsi, köhnə təbirlə desək, “teleqraf acanslığı” sözlərinin ixtisar olunmuş variantıdır. Lakin “AZƏRTAC” deyəndə, “Azər”dən sonra gələn “Tac” sözünü mən həm də başa qoyulan tac, fərr anlamında qavrayıram. Çünki yaşadığı, xalqa xidmət etdiyi bir əsrlik yol boyunca AZƏRTAC sözün həqiqi mənasında daim Azərbaycan xəbər məkanında tac olub, zirvədə olub, başda olub.

AZƏRTAC-ın Azərbaycan xalqının tarixində, taleyində oynadığı rol misilsizdir. Arxada qalan onillər ərzində müxtəlif dövrlərdə bu təşkilatın adı dəyişdirilib, fəaliyyət istiqamətində müəyyən qədər sıxılmalar, genişlənmələr olub. Amma buna baxmayaraq, AZƏRTAC daim ona həvalə edilmiş ali vəzifəni – xalqı xəbərlə qidalandırmaq, respublikanı mütəmadi düzgün, dürüst informasiya ilə təmin etmək vəzifəsini çox yüksək səviyyədə, ləyaqətlə yerinə yetirib.

Söz yox ki, AZƏRTAC-ın bütün tarixindəki ən əlamətdar dövr dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı zaman kəsiyidir.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edərək tarix səhnəsindəki böyük yolunu davam etdirməyə başladıqdan sonrakı illərdə AZƏRTAC ilbəil gücləndi, genişləndi və tədricən indiki məqamına – dünya informasiya məkanındakı aparıcı qurumlardan birinə çevrilmək ucalığına yetişdi.

AZƏRTAC-ın bu səviyyəyə yüksəlməsində bərpa edilmiş dövlət müstəqilliyimizin ilk çətin, sınaqlı, mübarizəli illərində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri müstəsnadır.

1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ən böyük bəlalardan biri informasiya blokadasında olmağımız idi. Dünyaya çıxışımızda, həqiqətləri ölkə hüdudlarından uzaqlarda yaymaqda sıxıntılarımız çox idi. Təcavüzə məruz qalmış bir ölkə üçün isə həmin dövrdə Azərbaycanda və onun ətrafında nələr baş verdiyini dünyaya olduğu kimi çatdırmaq son dərəcə əhəmiyyətli idi.

O illərdə Azərbaycanın hələ çox məhdud maddi imkanları, kasıb büdcəsi olmasına rəğmən jurnalistikanın, xəbər yayıcılığının fəlsəfəsini dərindən duyan böyük Heydər Əliyev xarici ölkələrə səfərlərinin hər birində özü ilə çoxsaylı mətbuat işçiləri dəstəsini aparırdı – ən müxtəlif informasiya agentliklərini, jurnalları, qəzetləri təmsil edən jurnalistləri, qələm adamlarını ətrafına yığırdı. Bütün bunların hamısı nəzərəçarpacaq qədər irihəcmli maddi məsrəflər demək idi. Amma Ulu Öndər buna gedirdi. Çünki, yaxşı bilirdi ki, çəkilən xərclərdən qat-qat artıq fayda bizim dünyaya yayılan informasiyamızdır, Vətəndən uzaqlara öz düzgün, təhrifsiz təqdimatımızda çatan soraqlarımızdır.

Həmin səfərlərə çıxanların içərisində daim AZƏRTAC-ın müxbirləri olurdu. AZƏRTAC-ın fotoqrafları və xüsusi müxbiri.

O xüsusi müxbir indi AZƏRTAC-a uğurla rəhbərlik edən və bu qurumun bir çox nailiyyətlərinin qazanılmasında əvəzsiz əməyi olan Aslan Aslanov idi.

Mətbuat siyasətini dövlət işinin həlledici amillərindən biri sayan, bu sahəyə peşəkarcasına bələd olan unudulmaz Heydər Əliyev hər dəfə səfərdən Vətənə qayıdarkən təyyarədə əksərini şəxsən dinlədiyim yekun müsahibələrini verərdi. Həmin müsahibələrin hərəsi bir ustad dərsi idi.

Üstəlik, hər səfərin gedişində və eləcə də axırda, həmin yekun müsahibəsini verərkən Ulu Öndər AZƏRTAC-ın xüsusi müxbiri ilə ayrıca xeyli söhbət edər, müzakirələr aparar, hansı məqamlara məxsusi diqqət yönəltməyi bir dövlət başçısından daha əvvəl ustad redaktor və müəllim kimi anladardı.

Zənnimcə, AZƏRTAC-ın və onun rəhbərliyinin öz fəaliyyətlərində ildən-ilə daha artıq qüvvətlənməsi, qanadlarını geniş aça bilməsi çox mənada elə unudulmaz Heydər Əliyevin həmişə minnətdarlıqla anılmalı ustad dərslərinin bəhrələridir.

AZƏRTAC-ın bugünkü miqyaslarını göz önünə gətirərkən insan iftixar etməyə bilmir.

AZƏRTAC bu gün dünyanın informasiya məkanında artıq öz sanballı yerini tutmuş möhtəşəm bir qurumdur.

Onlarca ölkəni və xəbər qurumlarını əhatə edən Dünya Xəbər Agentliklərinin V konqresi 2016-cı ildə Bakıda keçirildisə, bu, qətiyyən sadə hadisə deyil.

Bu gün AZƏRTAC tərkibində neçə aparıcı ölkənin informasiya agentliklərini birləşdirən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının üzvüdürsə, Avropa Ölkələri Xəbər Agentlikləri Alyansında varsa, vaxtaşırı olaraq Bakıda keçirilən beynəlxalq humanitar forumlarda ayrıca olaraq bir dəyirmi masa AZƏRTAC-ın təşkilatçılığı ilə dünya xəbər agentlikləri üçün ayrılırsa və o masa başına ən müxtəlif ölkələrinin öncül xəbəryayma qurumlarının mötəbər təmsilçiləri toplaşaraq qızğın fikir mübadilələri aparırsa, bu o deməkdir ki, Azərbaycan artıq qlobal məkanda, dünya xəbər şəbəkəsində mərkəzdə dayanan, mühüm tədbirlərə ev sahibliyi etməsi qanunauyğun sayılan dövlətdir.

Başqa sözlə, AZƏRTAC apardığı bu qəbil səmərəli beynəlxalq fəaliyyəti ilə həm də dövlətimizin qüdrətini nümayiş etdirən daha bir diqqətəlayiq göstərici kimi boy göstərir.

Bu gün AZƏRTAC bir poliqlota çevrilibsə, hər gün xəbərlərini ana dilindən savayı dünyanın bir silsilə aparıcı Şərq və Qərb dillərində yayırsa, hazırda dünya ölkələrində 20-dən artıq daimi müxbir məntəqəsi varsa, hər an Azərbaycanda və sərhədlərimizdən çox-çox uzaqlarda ictimai-siyasi, elmi-mədəni həyatın nəbzini tutmağı bacarırsa, 30 il əvvəl əlçatmaz xəyal kimi təsəvvür edilən belə uğurlara öyünməmək olmur.

Bütün istiqamətlərdə böyük Heydər Əliyev yolunun layiqli davamçısı olan və bu xəttimizi daha parlaq zirvələrə aparmağa qadir Prezident İlham Əliyev də hamımızın olan AZƏRTAC-a həssas, qayğıkeş münasibət bəsləyir.

İllərcə ən fərqli ünvanlarda yerləşmiş AZƏRTAC bu gün öz sanbalına yaraşan və ən müasir təminatlı iqamətgaha sahibdirsə, bu da ölkə başçısının, dövlətimizin AZƏRTAC-a münasibətinin və onun fəaliyyətinə verdiyi dəyərin göstəricisidir.

AZƏRTAC-ın arxada qalan onillər ərzində qazandığı nüfuzun ən vacib səbəblərindən biri və əvvəlincisi ondan ibarətdir ki, AZƏRTAC daim peşəkarlara arxalanıb.

102 illik tarixini izləsək, ona şahid olacağıq ki, burada ənənəvi olaraq işini sevən və kamil bilən yüksək peşəkarlar çalışıblar.

Bu gün yenə AZƏRTAC-a rəhbərlik edən, onun fəaliyyətlərini yönəldən insanlar da, bu zəhmətkeş, fədakar qurumun sıra nəfərləri də yüksək peşəkarlardırlar.

AZƏRTAC o qurumdur ki, həftənin 7 günü, 24 saat ərzində daim işləyir və Azərbaycan insanını xəbərlə təmin edir.

İnsan özünə dost seçərkən ən əvvəl onun sədaqətliliyini, etibarlılığını, dürüstlüyünü nəzərə alır. Şanlı bir tarixə çevrilmiş 102 illik dövr ərzində AZƏRTAC sədaqətli olduğunu dürüst olduğunu sübut edib, düzgün olduğunu, etibarlı olduğunu durmadan nümayiş etdirib. Ona görə də mən ürəklə söyləyirəm ki, hər zaman məmnuniyyətlə əməkdaşlıq etdiyim AZƏRTAC mənim əziz dostumdur, AZƏRTAC Azərbaycanın dostudur, AZƏRTAC dünyanın dostudur.

Arzu edirəm ki, bu düzlüyündə, bu sədaqətində, bu etibarlılığında, bu açıqlığında, bu dəqiqliyində AZƏRTAC qarşıdan gələn neçə onillər boyu da indiyədək olduğu kimi davam etsin, həmişə xəbər məkanımızın TAC-ı olaraq qalsın!

Rafael Hüseynov

Milli Məclisin deputatı, akademik 

Xəbər məkanımızın tacı AZƏRTAC VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib