CƏMİYYƏT


Xəbər saytlarında işləyənlərin ev şəraitində onlayn şəkildə fəaliyyət göstərməsi mümkündür

Bakı, 4 iyun, AZƏRTAC 

Xəbər saytlarında işləyənlərin ev şəraitində onlayn şəkildə fəaliyyət göstərməsi mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Televiziya və radio qurumları işə məhdud sayda əməkdaş cəlb etsinlər. Verilişlərə dəvət ediləcək şəxslər olacaqsa, onlarla müsahibə və reportajlar onlayn şəkildə təşkil olunsun. İstisnalar olarsa, bununla bağlı Operativ Qərargaha müraciət edilməli və xüsusi icazə alınmalıdır”, - deyə R.Bayramlı xüsusi karantin rejimi dövründə qurumların fəaliyyəti barədə danışaraq qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.