CƏMİYYƏT
Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında qar yağacaq, çovğun olacaq
Bakı, 16 yanvar, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 19-u axşamdan başlayaraq yanvarın 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 15-18, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimal edilir.