CƏMİYYƏT


Xəbərdarlıq: Dekabrın 3-dən 7-dək ölkə ərazisində hava qeyri-sabit olacaq

Xəbərdarlıq: Dekabrın 3-dən 7-dək ölkə ərazisində hava qeyri-sabit olacaq

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, arabir 15-17 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun 2-3° enərək 5-8° isti olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək, arabir 15-17 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun 2-3° enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı bildirilir.

Çaylarda sululuğun artacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.