CƏMİYYƏT


Xəbərdarlıq: Sentyabrın 25-dən 26-na keçən gecə şimal bölgəsinin bəzi yerlərində leysan yağacaq, dolu düşəcək

Bakı, 25 sentyabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sentyabrın 25-dən 26-na keçən gecə Quba-Qusar rayonu və şimal zonasının bəzi yerlərində şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli güclü olacaq, dolu düşəcək.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, belə hava şəraitinin gecə saat 02:00-dan başlayaraq səhər saat 07:00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyəydək güclənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.