CƏMİYYƏT


Xəfif cücərtilər Qarabağa daha da gözəllik qatıb

Bakı, 9 may, AZƏRTAC

Bu ilin yaz ağacəkmə mövsümündə Zəngilan rayonunda səpilən şabalıdyarpaq palıd toxumları artıq cücərib. Sevindiricidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Zəngilanda ilk dəfə səpilmiş bu toxumların artıq pöhrələrini görürük.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O deyib: “Yaşıl Marafon” kampaniyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağac əkərək zəhməti keçən hər kəsə- dövlət qurumlarının nümayəndələrinə, könüllülərə, o cümlədən ağacəkmə tədbirində iştirak edən, işıqlandıran media nümayəndələrinə dərin minnətdarlığımızı bildiririk. Qürurlanırıq ki, gözəl Qarabağımızın uzun həsrətdən sonra ayaq basdığımız torpaqları bu xırda fidanlarla, xəfif cücərtilərlə çəmənzara çevrilir və Qarabağın gözəlliyinə gözəllik qatılır”.

Xatırladaq ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu yaz mövsümündə Zəngilanda 2500-dən çox ağac əkilib, 200 kiloqramdan artıq toxum səpilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.