İQTİSADİYYAT
Xəlid Əl Falih: Qeyri-OPEC ölkələri 2019-cu ildə də kartellə birgə hərəkət edəcək
Bakı, 20 aprel, AZƏRTAC
Qlobal neft ehtiyatları hələ də normal səviyyədən yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 20-də Ciddədə keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih deyib.
O bildirib ki, hazırda bazarda yeni təklif çoxluğu formalaşmaqdadır.
“Qeyri-OPEC ölkələri 2019-cu ildə də kartellə birgə hərəkət edəcək. Hazırkı əməkdaşlıq mexanizmi hələ də nəzərdən keçirilir. Neft hasilatının azaldılmasına dair sazişin nəticələri təqdirəlayiqdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft ehtiyatları son 15 ayda ciddi şəkildə azalıb. Belə ki, ehtiyatlar 300 milyon barrel azalaraq 2,83 milyard barrelə geriləyib. Neft sektorunun isə 4-5 milyon barrel yeni tutuma ehtiyacı var”, – deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]