CƏMİYYƏT


“Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan çempionatının final mərhələsi keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionat Gənclər və İdman Nazirliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə layihəsi əsasında təşkil olunub.

Final mərhələsinin açılış mərasimində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Layihə rəhbəri Faiq Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda “Xəmsə” milli intellektual oyunu mütəmadi qaydada hər il keçirilir. Oyuna qatılan yeniyetmə və gənclərin sayının ildən-ilə artdığını vurğulayan F.Hüseynov builki yarışda 22 şəhər və rayondan 32 komandanın iştirak etdiyini deyib.

Sonra “Xəmsə” milli intellektual oyunu üzrə VI Azərbaycan çempionatının final mərhələsinə start verilib. Yekunda fərqlənən komandalara hədiyyə və diplomlar təqdim edilib.

Xatırladaq ki, layihə artıq beynəlxalq xarakter daşıyır. Dünyanın 18 ölkəsinin 52 şəhərində keçirilən “Xəmsə” yarışlarının ən gənc oyunçusunun 7, ən yaşlı oyunçunun isə 70 yaşı var.

“Xəmsə” oyunu üzrə yeniyetmə və gənclər arasında birincilik və ölkə çempionatları ilə yanaşı, müxtəlif tematik yarışlar və dünya çempionatı da keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.