CƏMİYYƏT


“Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan çempionatının rayon birinciliyi keçirilib

Bakı, 4 noyabr, AZƏRTAC

Uşaq və Gənclərin İnkişaf Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov bildirib ki, yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir, məqsəd yeniyetmələrin intellektual səviyyəsini, zehni inkişafını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir.

11 komanda arasında keçirilən yarışın sonunda Diyallı kənd tam orta məktəbinin komandası birinci, İsmayıllı şəhər 6 saylı tam orta məktəbin komandası ikinci, İsmayıllı şəhər 3 saylı tam orta məktəbin komandası isə üçüncü yeri qazanıblar

Sonda qalib komandalar İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.