REGİONLAR
“Xəmsə” milli intellektual oyunu başa çatıb
Naxçıvan, 21 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin tələbələri Gənclər mərkəzində “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsi çərçivəsində fakültələrarası “Xəmsə” milli intellektual oyununda iştirak ediblər.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışın sonunda İqtisadiyyat və idarəetmə fakültəsinin komandası qalib olub. Beynəlxalq münasibətlər və hüquq fakültəsi II, Tarix–filologiya fakültəsi isə III yerə çıxıb.
Qeyd edək ki, “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsi çərçivəsində “Fakültənin tanıtımı”, “Universitetimiz tələbənin gözündə” fotomüsabiqəsi və “Bizim fakültəmiz” esse yazı müsabiqəsi də keçiriləcək. Sonda nəticələrə görə ən yaxşı fakültə gənclər təşkilatı müəyyən ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]