REGİONLAR


“Xəmsə” milli intellektual oyunu üzrə Xocavənd rayon birinciliyinin qalibləri məlum olub

Beyləqan, 14 fevral, AZƏRTAC

Xocavəndli məktəblilər arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik qəsəbədə yerləşən Salakətin kənd tam orta məktəbdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən bilik yarışında 8 komanda mübarizə aparıb.

Gərgin və maraqlı keçən yarışın yekun nəticələrinə əsasən, Tuğ kənd 1 nömrəli tam orta məktəbin “Xəzani” komandası birinci, Tuğ kənd 1 nömrəli tam orta məktəbin “Tuğ” komandası ikinci, Salakətin kənd tam orta məktəbin “Lələtəpə” komandası üçüncü yerə layiq görülüb.

Qalib gəlmiş komandaların üzvlərinə diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.