Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xaqani Qayıblı: Azərbaycan bizim tarixi Vətənimiz, qürur mənbəyimizdir

Xaqani Qayıblı: Azərbaycan bizim tarixi Vətənimiz, qürur mənbəyimizdir

Tbilisi, 16 avqust, AZƏRTAC

Azərbaycan bizim tarixi Vətənimiz, qürur mənbəyimizdir. Düşünürəm ki, bu təkcə mənim deyil, bütün dünya azərbaycanlılarının fikridir. Damarında azərbaycanlı qanı axan hər bir kəs, harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq doğma Vətənini, millətini və xalqını ürəkdən sevməli və millətinə xidmət etməlidir.

Bu sözləri AZƏRTAC-ın Gürcüstan bürosuna müsahibəsində Estoniyada yaşayan şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya- Azərbaycan Cəmiyyətinin sədri Xaqani Qayıblı söyləyib.

Onun sözlərinə görə, Estoniyada yaşayan azərbaycanlılar doğma Vətən Azərbaycanın adını hər zaman üstün tuturlar. Bu gün Estoniya Azərbaycanlıları Cəmiyyəti Estoniyada yaşayan gənc və yeniyetmə azərbaycanlıların da bu ruhda tərbiyə olunmasında, azərbaycançılıq ideyası ətrafında sıx birləşmələri, bu ideyanı yaşatmaları üçün əlindən gələni edir.

X.Qayıblı deyib: “Düzdür bir neçə ilə əvvəl həm cəmiyyətin üzvləri, həm də ayrı-ayrı insanlar xalqımızın başının üstünü almış qara buludlar, torpaqlarımızın 20 faizinin işğalı ilə bağlı bir qədər bədbin düşünürdülər. Lakin böyük əksəriyyət inanırdı ki, Dünya Azərbaycanlılarının birliyinin yaradıcısı, azərbaycançılıq ideyasının müəllifi, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində bu məsələlər öz müsbət həllini tapacaq. İndi fəxrlə deyə bilərəm ki, tapdı da. İndi biz daha qürurluyuq”.

Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun erməni təxribatına qarşı başlatdığı əks hücum əməliyyatlarının, Vətən müharibəsinin başladığı ilk gündən əldə olunan uğurlar artıq bizə xoş ümidlər verirdi. Bütün dünya azərbaycanlıları kimi Estoniyada yaşayan azərbaycanlılar da Vətənə xidmət üçün əlindən gələni edirdi. Təbiidir ki, ürəyi Azərbaycan ilə döyünən bütün azərbaycanlılar doğma Vətənimizə yardım üçün nə isə etmək üçün çalışırdı. Biz də təbliğatımızı gücləndirmişdik.

“Hamı bu müharibədən nə isə gözləyirdi. Dünyanın gözü Azərbaycanda idi. Heç kim inana bilməzdi ki, ermənilərin bir neçə il ərzində xarici havadarlarının silah və sursatı, canlı qüvvəsinin köməyi ilə işğal etdikləri torpaqları 30 ildən sonra Azərbaycan bir həmlə ilə alacaq. Amma Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində Şanlı Tarix yazdı. Azərbaycan nəyə qadir olduğunu bir daha dünyaya sübut etdi. “Azərbaycanın bu qələbəsi tarixdə çox nadir qələbələrdən biri və bəlkə də, birincisidir. İndi Azərbaycanı təkcə neftinə, təbii sərvətlərinə görə deyil, həm də güclü ordusuna görə tanıyırlar” – deyə, cəmiyyət sədri vurğulayıb.

Dünya Azərbaycanlılarının birliyi barədə danışan X.Qayıblı deyib ki, bir neçə dəfə Dünya Azərbaycanlılarının qurultayında, müxtəlif tədbirlərində iştirak edib. Bunların içərisində isə ən yadda qalanı, bəlkə də ən qürurvericisi V qurultay oldu. Şuşada keçirilən V qurultayda biz zəfərimizi qeyd etdik. Dünya Azərbaycanlılarının qələbəsini qeyd etdik və möhkəm birliyimizi nümayiş etdirdik.

O, fikirlərini belə ifadə edib: “Bu qurultay mənim üçün həm də ona görə əlamətdar idi ki, qurultay ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev məni “Tərəqqi” medalı ilə təltif etdi. Bu mükafat mənə Şuşada təqdim olunanda keçirdiyim hissləri ifadə edə bilmirəm. İnsanın həyatında çoxlu sayda mükafatlar olur. Amma “Tərəqqi” medalı özəl mükafatlardandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın azad etdiyi Şuşa kimi şəhərdə “Tərəqqi” medalının təqdim olunması köksümü qabartdı. Bu etimad azərbaycanlı olaraq üzərimə daha çox məsuliyyət qoydu. Yaşadığımız ölkələrdə azərbaycanlı olmaq asandır, amma azərbaycanlı kimi yaşamaq çox çətindir. Davranışımız, atdığımız hər addım birbaşa mənsub olduğumuz xalqın adına yazılır.

Qalib Sərkərdənin bu mükafatı təkcə mənim fəaliyyətimə deyil, Estoniyada yaşayan, cəmiyyətimizin hər bir üzvünə verilən ali mükafat idi”.

Estoniyada yaşayan ermənilərin fəaliyyətinə toxunan X.Qayıblı bildirib ki, ermənilərlə azərbaycanlıları müqayisə etmək olmaz. Ermənilər dünyanın hər yerində azlıqdırlar və onların öz ölkələri yoxdur, Azərbaycan torpaqları hesabına özlərinə qondarma dövlət qurublar. Onların da çoxu Ermənistandakı iqtisadi və digər problemlər səbəbindən dünyanın müxtəlif ölkələrinə köçüblər. Yəni öz torpağında, öz ölkəsində yaşayan millətin diasporu ilə qaçqın, qaraçı tipində yaşayan millətin diasporunu müqayisə etmək düzgün deyil.

Qeyd edək ki, Xaqani Qayıblı Gürcüstanın Saqareco rayonunun Zemo Ləmbəli (Qaraçöp) kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə AYB nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyanın Tartu Universitetinə göndərilib.

O, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbə olub. Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, fəxri Estoniya vətəndaşlığı alan, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alimdir. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peyvənd olunmaq göyöskürəkdən qoruyan ən etibarlı vasitədir - həkim məsləhəti

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib