ELM VƏ TƏHSİL


Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub

Bakı, 11 aprel, AZƏRTAC 

Belarus Milli Elmlər Akademiyasının (BMEA) Fiziologiya İnstitutunun hüceyrə texnologiyaları laboratoriyasının rəhbəri, dosent Larisa Nikolayeviç və elmi işçisi İrina Rudenkova AMEA Botanika İnstitutunda direktor, akademik Validə Əlizadə, hüceyrə biofizikası laboratoriyasının elmi işçiləri, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, biologiya elmləri doktorları Gülnarə Sultanova və Arifə Bağırova ilə görüşüblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə BMEA və Botanika İnstitutu arasında bağlanmış memorandum çərçivəsində müştərək həyata keçirilən “Metlevorinin təsiri altında klonogen şiş hüceyrələrinin apoptor mexanizminin “in vitro” öyrənilməsi” beynəlxalq layihəsi üzrə nəticələr və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Botanika İnstitutun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və əldə olunan nailiyyətlər haqqında məlumat verilib.

İnstitutda aparılan elmi-tədqiqat işləri ilə tanış olan qonaqlar təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

Səfər müddətində L.Nikolayeviçin Azərbaycan Tibb Universiteti (ATU), AMEA Botanika və Fiziologiya institutlarının birgə təşkilatçılığı ilə ATU-nun Onkoloji klinikasında keçirilən elmi seminarda “Polien antibiotiklərinin “in vitro” şiş hüceyrələrinin klonal heterogenliyinə təsiri” mövzusunda məruzəsi dinlənilib. Mövzu alimlər tərəfindən maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.

Qonaqlar, AMEA Fiziologiya İnstitutunda da olublar. İnstitutun əməkdaşları ilə görüş zamanı xərçəngin müalicəsinin tənziminin və effektliyinin nəzarətinin innovativ üsullarının eksperimental işlənməsi məsələləri müzakirə olunub. Hədəf alınmış dərmanların (metillevorin və amphotericin poleyen antibiotikləri) çatdırılmasında nanostruktur kompozisiyaların tətbiqinə dair birgə tədqiqat məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.