CƏMİYYƏT


Xərçəng xəstəliyinin 3D virtual reallıq modeli hazırlanıb

Bakı, 31 dekabr, AZƏRTAC

İngilis elm adamları xərçəng xəstəliyinin üçölçülü virtual reallıq modelini hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Kembric Xərçəng Tədqiqatları İnstitutunda beynəlxalq araşdrıma çərçivəsində hazırlanan model vasitəsilə xəstədən alınan şiş nümunəsi ətraflı şəkildə araşdırılacaq və hər bir hüceyrənin xəritəsini çıxartmaq mümkün olacaq. Belə ki, model vasitəsilə şiş nümunələri genişləndiriləcək və hüceyrələr ətraflı öyrənilə biləcək.

Modelin xərçəng haqqında daha çox məlumat əldə etməyə və yeni müalicə üsullarının araşdırılmasına kömək edəcəyi deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.