CƏMİYYƏT


Xərçənglə mübarizədə istifadə olunan itlər

Bakı, 13 mart, AZƏRTAC

İtaliya ordusu xüsusi məqsədlərlə yetişdirdiyi itlərdən xərçənglə mübarizədə istifadə etməyə başlayıb. Tədqiqatçılar itlərin prostat xərçənginə hüceyrələrini iyləyərək tapdığını bildirirlər.

AZƏRTAC xəbər verir ki, ekspertlər indiyədək təlimlərdə əhəmiyyətli irəliləyişlərin olduğunu söyləyirlər. Təlimli itlər xəstələrlə eyni otağa salınır, itlər xərçəng hüceyrələrinə aid bir qoxu hiss etsələr, xəstələrin yanında otururlar. Otaqda xərçəng hüceyrəsi daşıyan olmadıqda onlar otağı tərk edirlər. Ekspertlər bu günədək həyata keçirilən testlərdə itlərin yanılma hallarının çox az olduğunu bıldirirlər.

Tədqiqatçılar 2002-ci ildən bəri Toskana şəhərindəki hərbi baytarlıq mərkəzində xərçənglə mübarizə və digər xəstəliklərin erkən aşkarlanması ilə bağlı işlərini davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.